Biz bunu bütün dünyaya nümayiş etdirdik - İlham Əliyev

Biz bunu bütün dünyaya nümayiş etdirdik - İlham Əliyev

Biz açılış mərasimində islam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, islam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir.

Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.


"Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir”, - Prezident vurğulayıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR