"Bu təxribatın arxasında Rusiyanın siyasəti dayanır" - Millət vəkili

Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə - 28 mayda ermənilər tərəfindən təxribat hazırlanır. Kursk erməni gənclər Assosiasiyası həmin gün şəhərdə "Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və "bayram konserti” planlaşdırıblar. Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını da bəyan ediblər.
 


Məsələ ilə bağlı Sfera.az-a münasibət bildirən millət vəkili Elman Nəsirov söyləyib ki, aksiya baş tutarsa, Rusiya qərəzli və tərəfkeş mövqeyini nümayiş etdirmiş olacaq:
"Burada sual yaranır ki, ermənilərin keçirdiyi bu aksiyaya Kursk şəhərinin hakimiyyət dairələrinin reaksiyası necə olacaq? Dünyadakı erməni lobbisinin Azərbycana qarşı münasibəti hər kəsə bəllidir. Münaqişənin indiyə qədər həllini tapmaması da məlum məsələdir. Əsas məsələ Rusiyanın hakimiyyət dairələrinin bu vəziyyətdə atacağı addımdır. Çünki Rusiya ATƏT-in Mins Qrupunun həmsədri olduğundan özünəməxsus prinsipləri var. Azərbaycanın tarixi əzəli, qədim Şuşa 8 may 1992-ci ildə işğal olunub. Ancaq ermənilərin 28 may -Respublika Günü, yəni müstəqilliyimizi elan etdiyimiz günə təsribatı salması birmənalı şəkildə məqsədyönlü addımdır. Bu addıma qarşı qətiyyətli mövqe ortalığa qoyulmalıdır və aksiyanın baş tutmasına imkan verilməməlidir". 
 


Millət vəkili Asim Mollazadənin sözlərinə görə, bu ermənilərin ardı-arası kəsilməyən növbəti təxribatıdır:
"Bu təxribatın arxasında Rusiyanın siyasəti dayanır. Ermənistan dövlət kimi artıq mövcud deyil, ancaq Rusiyanın hərbi bazasıdır. Rusiya ÜAK-ı bağlayıb, ermənilərin əl-qolunu açır. Bu da azərbayanlılara qarşı növbəti rəsmi siyasətin təzyiqidir". 
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR