Ermənistanı alt-üst edən sirr ortaya çıxdı
Dünya
00:44 / 23.05.2017
2326
"Qarabağda yaşayan ermənilər əslində erməni əsilli xalq deyil. Onlar Dağlıq Qarabağ münaqişəsində erməni millətçilərinin və şovinistlərinin girovu oldu, lakin çox az adam anlayır ki, oradakı yerli əhalinin ermənilərə heç bir aidiyyəti yoxdur”.
Publika.az xəbər verir ki, "kafkazplus” saytı vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yaşayan, Azərbaycan vətəndaşlığı statusunu daşımış sakinlərin etnik tərkibini araşdırıb.
Реклама 29
Sayt yazır ki, Qarabağda yaşayan ermənilər İrəvanda və Ermənistanın digər ərazilərindəki ermənilərdə həm zahirən, həm də mentalitet olaraq fərqlənir: "Həmçinin, bütün müşahidəçilər Qarabağ "erməniləri” ilə azərbaycanlıların zahiri oxşarlığını qeyd edirlər. Lakin onların erməni adlandırması pradakos yaradır”.
Müsəlman və xaçpərəstliyə bölünən qarabağlılar
Araşdırmada alimlərin fikrinə istinadən bildirilir ki, Qarabağ sakinlərinin əksəriyyəti Qafqaz Albaniyasının qədim əhalisinin nəsilləridir (Bu gün Ermənistan rejimi alban tarixinə də iddia edir – red.).
"Sadəcə olaraq, onların biri tamamilə türk dilinə keçdilər və müsəlman oldular, digərləri xaçpərəstliyə keçdilər. Xaçpərəstliyi seçənlər illər sonra bura gələn ermənilərin dilini mənimsədi. Bunu sübut edən digər məqam Ermənistandakı ermənilər arasında yayılan genetik xəstəliklərin Qarabağdakı "ermənilər” arasında olmamasıdır. Bu xəstəlik ermənilərin bu ərazilərə köçdüyü Aralıq dənizinin şərq sahilləri (indiki Suriya, Livan əraziləri. Ermənilər hələ də bu ölkələrdə kompakt şəkildə yaşayırlar – red.) və Balkan yarımadasının cənub hissəsi üçün tipikdir. Bununla yanaşı, Qarabağa aid tarixi etnosların da ermənilərə heç bir aidiyyəti yoxdur. Bu etnoslar daha çox alban nəslindən gələn Dağlıq Dağıstanın xalqlarına yaxındır. Təbii ki, ermənilər bura gələndən sonra yerli tarixi və mədəniyyəti məhv edərək, ermənizmi yaydılar. Qafqaz Albaniyasının dini cəhətdən də erməni kilsəsinə heç bir yaxınlığının olmaması da sübutlardan biridir. Yerli tarixi məhv edən ermənilər Qarabağdakı alban dini nümunələrini də məhv etdi”, - araşdırmada deyilir.
Azərbaycan xaçpərəstləri necə "erməni” oldu?
Sayt yazır ki, Qarabağın məbədlərində köhnə alban yazılarının ermənilər tərəfindən şüurlu şəkildə dəyişdirildiyinə dair bir çox fakt var: "Ermənilər yazıların üzünü köçürür və "təmiz erməni” variantına çevirirdilər. Bununla belə alban xaçpərəstlər öz dillərini və etnik şüurlarını uzun müddət saxlayırdı. Hətta XVIII əsrdə əcnəbilər qeyd edirdilər ki, Qarabağdakı xaçpərəstlər dinlərinə görə ermənilərdən fərqlənirlər. Yerli "ermənilər” albanların və türklərin törəmələridir. Lakin XIX əsrdə ermənilər Rusiya imperiyası hakimiyyətini inandırdırdılar ki, Azərbaycanın ərazisindəki xaçpərəstləri də ənənəvi erməni kilsəsinə tabe etmək lazımdır. Nəticədə Alban katalikosu ləğv olundu və Eçmiədzin katalikosuna tabe edildi. Rusiya imperiyasında erməni kilsəsinə inananların hamısı, o cümlədən Qarabağın alban əhalisi erməni hesab olunurdu. Bundan sonra İrandan və Türkiyədən ermənilər kütləvi sürətdə Qarabağa köçməyə başladı. Lakin yenə də yerli alban xalqının assimlyasiya edilməsi tamamilə mümkün olmadı. Çünki Qarabağa köçən ermənilərin əksəriyyəti tacirlər idi. Onlar ticarət-sələm şəbəkəsini yaratdılar və özlərini Qarabağın yerli əhalisindən üstün tuturdular, hətta onlarla nikaha belə daxil olmurdular. Qarabağ ilk köçən ermənilər sonradan Rusiya imperiyasının böyük şəhərlərinə getdilər. Erməni ruhanilərin səylərinə baxmayaraq, Azərbaycan xaçpərəstləri öz yaddaşını saxlayırdı”.
Terror və qətllər
Araşdırmadan məlum olur ki, erməni ruhanilər vəziyyəti xeyirlərinə dəyişmək üçün başqa yollara əl atmağa başlayır. Onlar Alban katalikosuna gəlmə erməniləri keşiş təyin etmək üçün hakimiyyət nümayəndələrini satın alırlar. Ermənizm həm də siyasi xətt üzrə yayılırdı. Bu, "daşnaksütyun”un gəlişindən sonra xüsusilə gücləndi. Daşnaklar ilk növbədə əhali arasında erməni millətçiliyinin kök salmasına diqqət yetirirdi. Erməniləşməyə etiraz edən yerli əhali təqiblərə məruz qalır, terrorla üzləşirdi. Daşnaklara yardım etmək istəməyən insanlar qətlə yetirilirdi.
Azərbaycanın səhvi və hələ də itirlməyən şans
Sayt yazır ki, SSRİ dövründə Azərbaycan hakimiyyətinin ən böyük günahı ermənilərin "qardaşlıq” yalanlarına inanaraq, alban milləti və mədəniyyətini dirçəltməyə başlamaması oldu.
"Hətta möcüzə ilə öz tarixi köklərini saxlayan udinlər də sovet vaxtı ciddi problemlərlə üzləşdi. Sadəcə olaraq, udinlər Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni millətçilərinə tabe olmadıqları üçün tamamilə assimiliyasiyaya məruz qalmadı. Beləliklə, erməni adlandırılan Qarabağ əhalisinin ermənilərə heç bir aidiyyəti yoxdur, onlar türk komponentləri ilə qədim albanlardır. Hətta günümüzdə belə onlar təmiz erməni dilində danışmırlar. Xoşbəxtlikdən, Qarabağ xaçpərəstləri arasında cəsarətli insanlar hələ də qalır. Onlar alban keçmişləri uğrunda mübarizəni davam etdirirlər. Bunu etmək çətin və təhlükəlidir, lakin yenə də var”, - deyə sayt vurğulayır.
Qeyd edək ki, bir müddət öncə Artur Ağacanov adlı şəxs sosial şəbəkədə Qarabağda erməni təbliğatına və saxtakarlığına etiraz etmişdi. O, Qarabağın xaçpərəst əhalisinin erməni millətçilərinin zəhərli təbliğatı ilə beyinlərinin yuyulması haqda danışırdı.
"Çox əsrlər ərzində Qarabağ ərazisi müxtəlif müharibələr və toqqumalara səhnə olub. Bu proses nəticəsində Qafqaz Albaniyasının qədim hissəsi olan bölgənin mədəniyyəti, məbədlər, arxitektura abidələri və xalqların mirası dağıdılıb. Qədim miras hazırda erməni mədəniyyəti və tarixinə aid edilib”, - deyə Ağacanov müraciətində bildirirdi.
Qarabağın Azərbaycana məxsus olduğu dediyi üçün...
"Kafkasplus” Qarabağ xaçpərəstlərinin bioloji olaraq Azərbaycana yaxın olduğunu yenidən vurğulayır və yazır ki, erməni millətçilərinin terroruna görə onların çoxu əsil kimliyini gizlədir: "Son 25-30 ildə erməni millətçilərinə qarşı çıxan çoxsaylı fəal, siyasətçi, ictimai xadim ya məhv edilib, ya da qorxudulub. Lyuba adlı fəal Qarabağın ermənilərə aid olmadığını və Azərbaycanı tərkib hissəsi olduğunu dediyi üçün dəhşətli təhlükələrlə üzləşdi. Bu gün Ermənistanda Qarabağdan olanlara "ikinci növ” insan kimi baxırlar, onları aşağılayırlar. Hansı ki, bu insanlar erməni olmadıqlarını bildikləri halda qorxudan susurlar. Lakin həqiqəti gizlətmək yox, mübarizə aparmaq lazımdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar – BMT, UNESCO erməni zülmünün qarşısını almalıdır”.
publika.az