İstanbul sammitində yekun bəyannamə qəbul olunub

İstanbul sammitində yekun bəyannamə qəbul olunub

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr İstanbul sammitində təşkilatın məqsədləri və gələcək inkişafına dair yekun bəyannmə qəbul ediblər.

Bu barədə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Sammit təşkilat və təşkilata üzv ölkələr arasında ən yüksək səviyyədə ikitərəfli qarşılıqlı əlaqələr ilə bağlı məsələləri nəzərdən keçirib. Təşkilata üzv bütün dövlətlər təşkilatın məqsədləri və gələcək inkişafına dair yekun bəyannməni qəbul edib", - o deyib.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və təşkilata 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.


Görüşdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR