Türkiyədə azərbaycanlı İŞİD-çi tutuldu: İki terrorçu...

Türkiyədə azərbaycanlı İŞİD-çi tutuldu: İki terrorçu...

Bu gün səhər saatlarında Türkiyə polisi Ankarada Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib.


Sfera.az APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki nəfərdən təslim olmaları tələb edilib. Polisə tabe olmayan bu şəxslər məhv edilib.

Ankara valisi Ercan Topaca deyib ki, İstanbulda təqib edilən Azərbaycan əsilli şəxsin İŞİD üzvü olduğu dəyərləndirilib. Onun avtomobil kirayələyərək Ankaraya 2 nəfər gətirdiyi üzə çıxıb. Azərbaycan əsilli şəxs saxlanılıb və o, İŞİD üzvü olduğunu, iki nəfəri də terrora aktı törətmək üçün Ankaraya gətirdiyini söyləyib. Bu ifadədən sonra polis əməliyyat keçirməyə qərar verib və bu gün səhər həmin iki nəfər öldürülüb.


E. Topaca terrorçuları gətirən şəxsin Azərbaycan əsilli olduğunu və öldürülən və iki terrorçunun da əcnəbi olduğunun ehtimal edildiyini söyləyib: "Ancaq bu, hazırda dəqiqləşdirilir. Bir neçə saat ərzində 25-30 yaşlı bu iki terrorçunun şəxsiyyəti dəqiqləşdiriləcək”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...