Birinci xanımın hazırladığı tortun RESEPTİ

Birinci xanımın hazırladığı tortun RESEPTİ
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyeva tort bişirməsi haqda xəbər vermişdik.

BiG.AZ-ın məlumatına əsasən, onun mətbəxdəki fotosunu qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paylaşaraq, "Anamın hazırladığı "Napoleon” bütün "Napoleon”lardan dadlıdır” – qeydini yazıb.

Resepti təqdim edirik: 

Xəmir üçün: 150 ml soyuq su, 2 yumurta, 1 xörək qaşığı üzüm sirkəsi, 700 qram un, 400 qram kərə yağı. 

Hazırlanma qaydası: 

Yağ xırda doğranır, un, su, yumurta və sirkə əlavə olunub, qarışdırılır. 

Xəmir yoğrulduqdan sonra 12 hissəyə bölünüb, 1 saat soyuducuda saxlanılır. 12 hissənin hər birindən nazik lavaşlar yayılır, 200 dərəcə temperaturda bişirilir. 

Bişmiş kremin hazırlanması: 3 yumurtanı 1,25 stəkan şəkər tozu və 3 xörək qaşığı un ilə çalıb, üzərinə 1 litr süd əlavə olunur. Odun üstündə daim qarışdıraraq, qaynayanadək bişirilir. Hazır olduqdan sonra soyudulur. Soyumuş kremin üzərinə yaxşıca çalınmış 100 qram kərə yağını əlavə edib, soyuducuya qoyulur. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR