İranda prezident seçkilərinə start verildi

İranda prezident seçkilərinə start verildi

İranda Bakı vaxtı ilə 07:30-da ölkədə keçirilən prezident seçkilərində səs vermək üçün 63 mindən çox seçki məntəqəsi açılıb.


Sfera.az "Report”-a istinadən xəbər verir ki, bülletenlərdə 4 namizədin adı qeyd olunub.

Bu, ikinci müddətə namizədliyini irəli sürən Həsən Ruhani, ölkənin keçmiş baş prokuroru İbrahim Rəisi, sabiq mədəniyyət və islam maarifləndirilməsi naziri Mustafa Ağa Mirsəlim və keçmiş sənaye naziri Mustafa Haşimi Tabadır. İlk iki nəfər aşkar favorit hesab olunur. Sosial sorğuların nəticələrinə əsasən, onların qələbə qazanmaq şansları bərabərdir. Keçmiş hökumət üzvləri isə aşkar autsayder kimi görünürlər və özləri də bunu etiraf edirlər.

Qələbə üçün namizədlər səslərin 50 faizdən çoxunu toplamalıdırlar. Bu baş tutmazsa, ikinci tur keçiriləcək və orada birincinin nəticələrinə görə iki namizəd mübarizə aparacaq.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR