İslamiada: Güləşçimizdən daha bir qızıl medal

İslamiada: Güləşçimizdən daha bir qızıl medal

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi yarışlarında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Kamran Məmmədov milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb.

Sfera.az xəbər verir ki, K.Məmmədov həlledici mərhələdə Qırğızıstan güləşçisi Janat Kyılbayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb.


Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR