Moskva tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır - Zaxarova
Siyasət
18:47 / 18.05.2017
1051
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi təmas xəttində atəşkəsin pozulmasını qınayır”.
Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Moskva tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır. "O ki qaldı münaqişənin nizamlanması ilə bağlı görüşlərə, hələlik anons ediləcək heç nə yoxdur. Məlumat olan kimi bildirəcəyik”, - deyə M. Zaxarova vurğulayıb.
Sfera.az