\"Atəşkəsin pozulması onu göstərir ki, aprel döyüşləri təkarlana bilər\" - Politoloq mövqeyi
11:11 / 18.05.2017
1813
"Son zamanlar atəşkəs intensiv pozulur. Bunun da obyektiv səbəbləri ondan ibarətdir ki, danışıqlarda irəliləyiş yoxdur, status-kvo işğalı davam edir".
Bu sözləri Sfera.az-a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanın istənilən hal işğalçıya zərbələr endirmək tam haqqıdır:
"OSA zenit-raket kompleksi işal olunmuş ərazidə quraşdırılıb. Dəfələrlə Dağlıq Qarabağ ətrafında işğalçının hərbi obyektinin qurulması deyilmişdi. Necəki iki il bundan öncə Ağdam səmasında helikopterləri qurulmuşdu. biz də vurduq. Ermənilərin düşüncəsinə görə, guya cavab aksiyası keçirməli idilər. Və Ağdam-Tərtər istiqamətində atəşkəsi intensiv pozublar. Onlar hər dəfə atəşkəsi bu cür pozmaqla, ciddi əks hücumla üzləşə bilərlər. Çünki biz də cavabsız qoymayacağıq. Əslində atəşkəsə də riayyət olunmur. Yay ayları yaxınlaşdıqca, hərbi toqquşma ehtimalı yenidən artır. Bu da ondan xəbər verir ki, aprel döyüşlərinin təkrarlanma ehtimalı yüksəkdir".
Politoloq Zərdüşt Əlizadə bildirib ki, ermənilər atəşkəsi pozmaqla hərbə-zorbalarını gücləndirmək istəyirlər:
"Onlar hər dəfə İlham Əliyevin çıxışında dediyi bu sölzərdən "bizim güclü dövlətimiz var. Güclü dövlətin güclü ordusu var" qıcıqlanıb bu cür vasitələrə əl atırlar. Ancaq heç nə də alınmır. Artıq 25 ildir ki, Azərbaycanın ərazisini işğal edib, orada oturmusunuz. Bu təxribatlarla da göstərmək istəyirlər ki, "biz Azərbaycan torpaqlarında nə istəyirik, edirik". Bu belə deyil, onlara qulaqburması veriləcək".
Qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
16 may axşam saatlarından başlayaraq isə gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
Gülnarə Eynullaqızı
Sfera.az