Yıldırım Bakıya teleqram göndərib
Dünya
09:45 / 18.05.2017
867
Türkiyənin Baş naziri Binəli Yıldırım Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan türk idmançılarını təbrik edib.
Bu barədə Türkiyənin Baş Nazirliyinin Mətbuat Müşavirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, Binəli Yıldırım Bakıda davam edən IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq, tennis, gimnastika, ağır atletika, cüdo, üzgüçülük, atletika, taekvando oyunlarında qızıl medal qazanan idmançılara təbrik teleqramı göndərib.
Qeyd edək ki, Türkiyə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında medal sıralaması ilə birinci yerdədir. Belə ki, qonşu ölkənin idmançıları 54 qızıl, 45 gümüş, 38 bürünc medal qazanaraq 137 medalla siyahıya başçılıq edirlər.
Sfera.az