ABŞ-da Türkiyə səfirliyi qarşısındakı qarşıdurmada 9 nəfər xəsarət alıb

ABŞ-da Türkiyə səfirliyi qarşısındakı qarşıdurmada 9 nəfər xəsarət alıb
 
Qarşıdurmalarda 9 nəfər xəsarət alıb, onların hamısı xəstəxanaya çatdırılıb

Dünən Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında, ABŞ-da yaşayan türklər arasında qarşıdurma yaşanıb. Vaşinqtonda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında yaşanan toqquşmaya polis müdaxilə edib.

Sfera.az "Son Dakika"-ya istinadən xəbər verir ki, səfirliyə yaxın ərazi polis tərəfindən mühasirəyə alınıb, nəqliyyatın hərəkətində müvəqqəti fasilə yaranıb. Qarşıdurmalarda 9 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya çatdırılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR