\"Görüşün nəticələri Türkiyə ilə ABŞ münasibətlərinin...\" - Millət vəkilinin pozitiv fikri
14:50 / 17.05.2017
1258
Vaşinqtonda ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub. Tramp türkiyəli həmkarını Ağ evin önündə qarşılayıb və görüşün uzun və çətin olacağını bildirib.
Prezidentlərin görüşünü Sfera.az-a şərh edən millət vəkili Fazil Mustafa söyləyib ki, ikitərəfli görüşün keçirilməsi çox yaxşı fikirdir:
"Trampın "PKK ilə mübarizədə Türkiyəni dəstəkləyirik", deməsi ABŞ-ın mövqeyində Türkiyəyə qarşı müsbət bir mesajların olduğunu göstərdi. Hesab edirəm ki, bu müsbət haldır. Hər halda görüşün nəticələri Türkiyə ilə ABŞ münasibətlərinin yenilənməsinə səbəb olacaq. Çünki Tramp Ərdoğana simpatiya ilə yanaşır. Çox güman ki, müəyyən müsbət məqamlar gözlənilir".
Politoloq Eldar Namazovun fikrincə, dünya səhifəsində olan hər bir ölkənin ABŞ-la münasibətləri qeyri-müəyyəndir:
"Bu da ABŞ-da yaranşım vəziyyətlə bağlıdır. Ancaq Ərdoğanın ABŞ-a səfərini yüksək qiymətləndirirəm. Türkiyənin ABŞ və dünya siyasəti üçün rolu çox böyükdür. Ümid edirəm ki, Tramp hakimiyyətdə olduğu zaman ABŞ-ın xarici siyasətində Qorbaçov sayağı yenidən qurma yox, dünya lideliyinə aparan siyasətin yeni mərhələsini açacaq".
Gülnarə Eynullaqızı
Sfera.az