5 taekvondoçumuz mübarizəyə qoşulur

5 taekvondoçumuz mübarizəyə qoşulur

Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarının ikinci gününə start verilib.

Sfera.az xəbər verir ki, yarışların ikinci günündə kişilər arasında 68, 80 kiloqram və 87 kiloqramdan yuxarı, qadınların mübarizəsində 49, 67, 73 kiloqram çəki dərəcələrində idmançılar Bakı İdman Sarayında tatami üzərinə çıxırlar.

Azərbaycanın beş idmançısı bu gün medallar uğrunda mübarizəyə qoşulacaq.

İslamiadada kişilər arasında yarışa səkkizdəbir finaldan başlayacaq milli komandamızın üzvlərindən birinci Avropa Oyunlarının çempionu, komandalararası dünya çempionatının və klublararası qitə çempionatının qızıl medalçısı Ayxan Tağızadə (68 kq) Nurmurat Berkeliyev (Türkmənistan) – Rohullah Nikpa (Əfqanıstan) qarşılaşmasının qalibi ilə gücünü sınayacaq.

XXXI Rio Yay Olimpiya Oyunlarının bürünc medalcısı Milad Beigi Hərçəqani (80 kq) isə Ljaz Ahmad (Pakistan) – Majed Almabruk (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə görüşəcək.

Digər taekvandoçularımızdan yarışda səkkizdəbir finalda mübarizə aparacaq "Rio-2016” Olimpiya Oyunlarının qızıl mükafatçısı və dünya çempionu, "Bakı-2017”in idmançı səfiri Radik İsayev (87 kiloqramdan yuxarı) isə Pakistanlı idmançı Şah Adillə döyüşəcək.

Qadınların mübarizəsində idmançılarımızdan Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) Fələstin təmsilçisi Layan Jaber – Omanlı Yusra Al-Şoukri duelinin qalibi ilə üz-üzə gələcək.

Dörddəbir finaldan yarışlara qoşulacaq birinci Avropa Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı, "Rio-2016”nın beşincisi, "Bakı-2017”in idmançı səfiri Fəridə Əzizova (67 kq) isə iranlı Parisa Javadikouçaksarael ilə mübarizə aparacaq.

İslamiadada üç gün ərzində keçiriləcək taekvando yarışlarında ölkəmizi 12 idmançı təmsil edir.

Xatırladaq ki, mayın 16-da "Bakı-2017”də taekvando yarışlarının ilk günündə Azərbaycan idmançıları bir qızıl və bir gümüş medalı aktivlərinə yazdırıblar. Qadınlar arasında yarışda Yaprak Eriş (57 kq) İslamiadada taekvandoçularımızın ilk qızıl medalını, Qaşım Maqomedov (54 kq) isə gümüş medalını qazanıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox dan...

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tə...

Zaxarova: "Azərbaycan və Rusiyanın müttəfiqliyini bəyənməyən qüvvələr var"

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır”.   Sfera.az TASS agentliyinə istinadən xəbər verir ...

Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş...

Dövlət büdcəsinin gəlirləri 20 milyarda yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayis...

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...