İranın Bakıda batan pulları...

İranın Bakıda batan pulları...

Bank Melli İranın Baku" (İran Milli Bankının Bakı filialı) 2016-cı ildə "Mir Business Bank”da 500 min avro məbləğində illik 1% dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib.

Bu barədə məlumat bankın 2016-cı il üzrə audit hesabatında öz əksini tapıb.

Hesabatda keçmiş illərdə yerləşdirilmiş digər depozitlər haqqında da məlumat yer alıb.

Sənəddən məlum olur ki, "Bank Melli İran Baku" 2015-ci ildə "Texnikabank" ASC-də ümumi məbləği 5 mln. manat illik 7% dərəcəsi ilə 6 aylıq dövr üçün iki depozit yerləşdirib. Bank sonradan bu depozitlərin müddətini daha 6 aylıq müddətə uzadıb. "2015-ci ildə bank "Texnikabank" ASC-də 1 mln. manat məbləğində illik 5% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. 31 dekabr 2016-cı il tarixinə "Texnikabank" ASC-yə qoyulmuş ümumi depozit məbləğinin qalığı 6 mln. 67 min 778 manat (6 mln. manat əsas məbləğ və 67 min 778 manat yığılmış faiz) olub. 2015-ci ildə bank "Atrabank" ASC-də 2 mln. manat ümumi məbləğində illik 6% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılıb. 31 dekabr 2016-cı il tarixinə bank "Atrabank" ASC-yə qoyulmuş ümumi depozit məbləğinin qalığı 2 mln. 9 min manat (2 mln. manat əsas məbləğ və 9 min manat yığılmış faiz) olub. 31 dekabr 2016-cı il tarixinə bankın "Texnikabank" ASC və "Atrabank" ASC-də müxbir hesablarının qalığı müvafiq olaraq 10 min 629 manat və 2 mln. 50 min 136 manat olub. "Texnikabank" ASC və "Atrabank" ASC-nin lisenziyaları Azərbaycan Mərkəzi Bankı tərəfindən 2016-cı ildə ləğv edilib. Bu banklarda yerləşdirilmiş pul vəsaitləri üçün dəyərsizləşmə üzrə ehtiyat 7 mln. 345 min 732 manat təşkil edir", - deyə sənəddə vurğulanıb.

Sənəddə o da qeyd olunub ki, "Bank Melli İran Baku" "Nikoil Bank" ASC-də 300 min manat məbləğində illik 7% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib və bu depozitin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb.

Bundan başqa, bank "Zaminbank" ASC-də ümumi məbləği 2 mln. avro illik 5% dərəcəsi ilə 6 aylıq dövr üçün iki depozit yerləşdirib. 31 dekabr 2016-cı il tarixinə bank bu depozitlər üçün 100% dərəcəsində dəyərsizləşmə üzrə ehtiyat ayırıb.Bank Melli İran Dubay Baş filialında 7 mln. 346 min dirhəm məbləğində illik 0,65% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib və bu depozitin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb.

İran Milli Bankının filialı "Muğanbank" ASC-də 9 mln. manat ümumi məbləğində illik 5% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün 9 depozit yerləşdirib. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılıb. Bu depozitlərin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb.

31 dekabr 2016-cı il tarixinə bankın "Royal Bank"dakı müddətli depozitləri 4 mln. manat məbləğində olub. Depozitlərin qarşılığında "Royal Bank" tərəfindən girov təmin olunub və bu girovun bazar dəyəri 2013-cü ilin iyun ayında qiymətləndirici firma tərəfindən 4 mln. 300 min manat olaraq qiymətləndirilib. 31 dekabr 2016-cı il tarixinə bank bu depozitlər üçün 100% (31 dekabr 2015-ci il: 30%) dərəcəsində dəyərsizləşmə üzrə ehtiyat ayırıb. Bank 2011-ci ildə bank lisenziyası AMB tərəfindən geri alınmış "Birlikbank" ASC-də ümumi məbləği 12 mln. 500 min dollar depozit yerləşdirib. Depozitin qarşılığında "Birlikbank" tərəfindən AMAY ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən 13103 kvadratmetr sahəsi olan inzibati ofisləri girov kimi təmin olunub. 2016-cı ilin dekabr ayında bank girov üzərində mülkiyyət hüququ əldə edib və əmlakı qiymətləndirərək öz balansına götürüb. Qeyd olunan depozit 2016-cı ildə mənfəət və zərər hesabına silinib. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...