Ayaqyoluna atılan körpə 60 İL SONRA AİLƏSİNİ TAPDI… / FOTO

Ayaqyoluna atılan körpə 60 İL SONRA AİLƏSİNİ TAPDI… / FOTO
İngiltərədə 1956-cı ildə Birminqem şəhərində bir kinoteatrın ayaqyoluna atılan  körpə, uzun illər sonra qardaşlarını tapıb.
Moderator.az  xəbər verir ki, üç aylıq körpə Robert Vetson adlı polis tərəfindən tapılıb və uşağın ailəsi heç vaxt ortaya çıxmadığı üçün ona Robert Vetsonun adı verilib.
Vetson 60 ildən sonra qardaşlarını Şotlandiyada tapıb və anasını gec də olsa bağışladığını bildirib : ” İllər əvvəl görsəm ona ilk sualım Niyə ? olardı. İndi isə yaşasaydı Necəsən ? sualını verərdim…”
Bu gün, 61 yaşlı təqaüdçü İngilis dili müəllimi olan Vetson, qardaşlarını 34 yaşlı qızı Emmanın sayəsində tapıb. Emma, atasının ailəsini tapmaq üçün Facebook səhifəsi açıb və izlərini itirən qohumların bir-birini tapması məqsədilə DNT məlumatlarını istifadə edən bir nəfərlə tanış olub.
Vestonın DNT-sini alan bu şəxs, aldığı məlumatlarla Vestonun ögey qardaşlarını tapıb. Vetson, illər sonra qardaşı ilə ilk görüşünü belə təsvir edir: ” Qardaşlarımla  görüşüm çox həyəcanlı idi. Onların gerçək olduqlarını anlamaq üçün onlara toxunmağım lazım idi. Toxundum və sevincdən havalara uçdum… ".
 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR