\"Siyasi şounun təşkilatçıları bunu məqsədli şəkildə edirlər ki...\" - Millət vəkili

\
"ÜAK-ın ləğv olunması ilə bağlı Rusiya Ali Məhkəməsinin verdiyi qərar o ölkənin qanunlarına zidd və ədalətsizlikdir. Rusiya Konstitusiyası hər bir vətəndaşının dilinin və mədəniyyətinin qorunmasına çalışmalıdır" 

Bu sözləri Sfera.az-a Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib

Millət vəkili bildirib ki, Rusiya vətəndaşı olan azərbaycanlıların ictimai təşkilatı hansısa xırda hüquq pozuntularına görə ləğv edilib:
"QHT-lərin fəaliyyətində, sənədlərində müəyyən pozuntular ola bilər. Ancaq bu məsləyə də kömək etmək, qaydaya salmaq və vaxt vermək lazımdır. ÜAK-ın ləğvi Rusiyanın 2 mln. vətəndaşının hüquqlarının pozulması deməkdir. Bu, onun daxili işidir, ancaq söhbət Rusiya hakimiyyətinin öz vətəndaşlarının təşkiltına olan münasibətdən gedir. Biz bu məsələyə biganə qala bilmərik. Hesab edirəm ki, siyasi şounun təşkilatçıları baş vermiş məsələnin Rusiya-Azərbaycan münasibətlərinə təsir edəcəyinin fərqinə varmayıblar. Bəlkə də bunu məqsədli şəkildə edirlər ki, Azərbaycan-Rusiya arasında problem yaşansın. Bu da baş verməyəcək. Ümid edirik Rusiya rəhbərliyi bu məsləyə biganə qalmayacaq, son da ədalətli qərar verəcək". 
 


Millət vəkili Adil Əliyevin fikrincə, bu məsələ Azərbaycan-Rusiya münasibətlərinə ciddi təsir etsin:
"ÜAK-ın bağlanması pis haldır və narazıyıq. Ancaq bizim Rusiyada çoxlu sayda təşkilatlarımız fəaliyyət göstərir. ÜAK-ın yerinə, yeni bir təşkilat da yaratmaq olar. Ümid edirəm ki, bu məsələ yüngül bir problem kimi tarixdə qalar və münasibətlərin korlanmasına təsir göstərməz. Yəqin ki, bunun kökündə də başqa səbəblər dayanır. Açıq-aşkar təsir göstərə bilməyəndə də, bu cür yollara əl atırlar".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
 
Gülnarə Eynullaqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“ABŞ ilə müəyyən məsafə saxlamalıyıq” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.   Sfer...

Qayınatasından prokurorluğa şikayət edən gəlinə - Cinayət işi açıldı

Ağsu rayonunda qayınatasından hüquq-mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü S.Cəfərovanın (şərti) həqiqətə uyğun olmayan məlumat verdiyi üzə çıx...

Mask "X" şəbəkəsinə Ukraynanın hücum etdiyini bildirdi

İlon Mask “X” sosial şəbəkəsində baş verən uzunmüddətli giriş problemi ilə bağlı açıqlama verib.    O, Fox Business Network-ə verdiy...

Əməkdar artist təltif olundu

Azərbaycan Dövlət Milli Gənc Tamşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Müzəffər  qızı Hüseynova  təltif olunub.   Sfera.az xəbə...

Türkiyənin gücü artır - Avropa təşvişdə

ABŞ və Avropa arasında yaşanan hadisələr Avropanı öz təhlükəsizlik arxitekturasını qurmağa vadar edib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az xəbər verir ki, 2025-ci il martın 11-də ABŞ dollarının məzənnəsi dəyişm...