Moskva məhkəməsindən Bakı ilə bağlı - Qərar

Moskva məhkəməsindən Bakı ilə bağlı - Qərar

Bu gün yerli vaxtla saat 14:00-da Moskvada Rusiya Ali Məhkəməsinin Plenumunda Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məsələyə baxılıb.

Ümumrusiya Azərbaycanlıları Konqresindən Sfera.az-a bildirildi ki, hələlik Plenumun qərarı ilə bağlı onlara məlumat verilməyib.

Rusiya Ali Məhkəməsinin mətbuat xidmətindən isə AKPİ17-209 iş üzrə sözügedən məhkəmə prosesinin keçirildiyi, məhkəmə qərarı barədə rəsmi məlumatın isə 16 mayda veriləcəyi qeyd edilib.

Xatırladaq ki, bu məhkəmə prosesi Azərbaycanda ciddi narahatlıqla izlənilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR