"Palatanın banklara göstəriş vermək hüququ yoxdur, çünki..." - Ekspert rəyi

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb. Bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında atılıb. Belə ki, bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyə olunub. Bu, "Nağdsız hesablaşmalar haqqında” qanunun icrasından irəli gəlir.



Məsələni Sfera.az-a şərh edən iqtisadçı-ekspert  Qadir İbrahimli söyləyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara hər hansı bir administrativ qaydada göstəriş vermək hüququ yoxdur:

"Banklara yalnız tövsiyyə edə bilər və bu tövsiyyə də məcburi xarakter daşımır. Ümumiyyətlə, son vaxtlar Palatanın banklara qeyri-rəsmi inzibati müdaxilələri çox olur. Bu da bank sektorları üçün heç də yaxşı vədlər vermir. Nağdsız əməliyyatlar və vəsaitlər hansısa mərhələdə nağdlaşdırılmalıdır. Vəsaitlər sonsuza qədər hesabda qala bilməz. Palata ölkədəki maliyyə axınını tam nəzarətdə saxlamaq istəyir, bu da mümkün deyil. Əksinə biznes mülkündə problemlərin yaranmasına səbəb olur. Burada düzgün dəyərləndirmə yoxdur, qeyri-müəyyənlik var. Yaxşı olardı ki, Palata tövsiyyəsinə yenidən baxsın”.

 

 


İqtisadçı-ekspert Qalib Toğrul hesab edir ki, bu doğru yanaşma deyil, çünki sahibkarların hüquqlarını məhdudlaşdırır:

"Həm "Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq, həm də vergi məcəlləsinə bu illər də edilmiş dəyişikliklərə görə, sahibkar dövriyyəsindən asılı olmayaraq 15-30 min manat arası aylıq nağdsız əməliyyat apara bilər. Hesab edirəm ki, belə bir məhdudiyyət qoyulubsa, bunun aradan qaldırılması üçün müvafiq qaydaya əsasən tədbirlər görülməlidir. Onsuzda "Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi sahibkarlar üçün çox böyük problemlər yaradıb. Çünki ölkədə nağdsız hesablaşmalarla bağlı münbit və sağlam bank maliyyə sisteminin olmadığı üçün sahibkarlar əziyyət çəkirlər".

Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub.

Gülnarə Eynullaqızı

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...