“ABŞ-a müharibə elan etməyəcəyik ki...” - Yıldırım

“ABŞ-a müharibə elan etməyəcəyik ki...” - Yıldırım

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın terrorçu YPG-ni silahlandırmaq qərarının qısamüddətli xarakter daşıdığını deyib.

Sfera.az-ın məlumatına görə, baş nazir Binəli Yıldırım BBC-yə müsahibəsində Türkiyənin ABŞ-ın terrorçu PKK-nın Suriya qolu olan YPG-ni silahlandırmasının yanlış addım olduğunu Vaşinqtonun diqqətinə çatdırdıqlarını deyib:

"Bu, İŞİD-in məhv edilməsinə kömək etməz. Əksinə, terror təşkilatının ömrünü daha da uzadar. Bunun ABŞ-da da başa düşüldüyü qənaətindəyəm. Mənə bildiriblər ki, bu, qəti seçim deyil, qısamüddətli xarakter daşıyan qərardır. Dediklərinə görə, Rakka İŞİD-dən azad edildikdən sonra YPG ilə işləri də bitəcək. Gözləyib görəcəyik”.

ABŞ-ın YPG-ni silahlandırmasına qarşı Türkiyənin ata biləcəyi addımlardan danışan Yıldırım bunları deyib:

"ABŞ-a müharibə elan etməyəcəyik ki… Adı istər PKK olsun, istər PYD, istərsə də YPG olsun, terror təşkilatlarına qarşı mübarizə davam etdiriləcək”.

Baş nazir əlavə edib ki, YPG-nin ABŞ tərəfindən silahlandırılmasına baxmayaraq, Türkiyə özünə qarşı təhlükə hiss edəcəyi təqdirdə, Suriyada terrorçulara qarşı hava əməliyyatlarını davam etdirəcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...