Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, mayın 13-14-də Abşeron yarımadasında kompfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.  

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...