Bu şəxsin yerini deyənə 10 milyon dollar veriləcək

Bu şəxsin yerini deyənə 10 milyon dollar veriləcək
Amerika məşhur terrorçunun tutulması üçün böyük mükafat təyin edib.
 
Sfera.az xəbər verir ki, ABŞ Dövlət Departamenti "Cebhat an-Nusra” terror qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culaninin axtarıəşlarını davam etdirir. Terrorçunun gizləndiyi yeri deyən şəxsə ABŞ hökuməti tərəfindən 10 milyon dollar mükafat veriləcək.

Qeyd edək ki, Əbu Məhəmməd əl-Culani 1981-ci ildə Suriyanın cənubunda, ziyalı ailədə doğulub. Atası neft sənayesində çalışıb. O, güclü neft mütəxəssisi olub. Neft hasilatı və neft inkişafı haqqında bir neçə kitab yazıb. Terrorçunun anası isə çoğrafia müəllimi olub. Culani orta məktəbi bitirdikdən sonra Dəməşq Universitetinə daxil olub. İraqda müharibə başlayan ərəfədə Culani təhsilini yarımçıq qoyaraq cihad adı ilə terrorçulara qoşulub. Bir müddətdən sonra amerikalı əsgərlər tərəfindən mühasirəyə düşərək əsir götürülüb. Həbs edilən Culani məhkəmə qarşısına çıxmamış 2008-ci ildə azad edilib.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladığı ərəfədə Culani İŞİD terror təşilatının ən tanınmış üzvü kimi ora göndərilir. Sonradan yeni yaradılan terror qrupunun rəhbərliyinə təyin edilir. "Cebhat an-Nusra” terror qruplaşmasının rəhbəri seçilən Culani sonradan iŞİD terror təşkilatına qarşı çıxır.

Suriya prezidenti Bəşər Əsədin ən qatı düşmənlərindən sayılan Culani onun ölümü üçün mükafat da verəcəyini vəd edib.(ölkə.az)

OXŞAR XƏBƏRLƏR

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...