“Üstü bəzək, altı təzək” maşınlar: əsla bu avtomobilləri almayın! - FOTOLAR

“Üstü bəzək, altı təzək” maşınlar: əsla bu avtomobilləri almayın! - FOTOLAR

Gözəl görünüşlü, son model xarici avtomobil sürməyi kim istəməz ki?! Amma tələsib təkcə görünüşə də aldanmaq olmaz. Bəzi maşınlar var ki, satışa çıxarıldıqdan bir müddət sonra onlarla bağlı narazılıqlar başlayıb. Sonrası isə şirkətlərin performans salonlarında toz basmaqla nəticələnib. Təbii ki, naşı alıcılar arasında hələ də bu modellərə müraciət edənlər var.

Belə avtomobil modellərini diqqətinizə çatdırırıq:

 

"Mazda RX-8” – Yapon maşını olan Mazda 2003-2012-ci illər ərzində buraxılıb. Çox gözəl görünüşü, rahatlığı olan avtomobildir, amma yanacağı həddən artıq "yeməsi” maşın sahibini əldən, daha doğrusu cibdən salır. Sanki maşının yanacaq çənində dəlik varmış kimi, yanacaq çatdırmaq olmur. Maşının mühərrikini dəyişmək isə elə az qala öz qiyməti qədər baha başa gələr.

"Mitsubishi Lancer” – Daha bir "yaponiyalı”. Aqressiv, cəlbedici görünüşlü maşının salonu narahatdır. Üstəlik səs izolyasiyası düzgün qurulmayıb. Maşının amortizasiyası da sərtdir. Funksiyaları azdır. Şirkət bu modelin uğursuz alındığını görən kimi onun davamını istehsal etmədi.

"Dodge Journey” – ABŞ istehsalı olan avtomobil ailə üçün münasibdir. Geniş salonu, müxtəlif funksiyaları var. İşıqlandırma sisteminə söz ola bilməz. Amma problemi ondadır ki, maşın döngələrdə çox yana əyilir. Ön təkərləri isə vaxtında bərabər tənzimlənmir. Sürətötürmə qutusunda da vaxtaşırı "donma”lar olur.

"Cadillac Escalade” – Amerikanın qüruru sayılan Cadillacın bu modeli "xəcalətli” çıxıb. Maşın görünüşcə möhtəşəmdir: nəhəng, sanballı həm də bahalı. Amma qiymətinə dəyməz. Onu alan qısa müddətdən sonra peşman olur. Əvvəla avtomobilin üçüncü sıra oturacağı çox narahatdır və etibarlı deyil. Sükan ağırdır, idarəetməsi çətindir. Maşının "skelet”inin yığımı da natamam kimidir, keyfiyyətli deyil. Ən əsası bu qiymətdə (145 min dollar) maşın tez çürüməyə meyillidir.

"Citroen C 5” – Fransa istehsalı olab avtomobil elə bu ölkənin gözəlləri kimi incə görünüşlüdür. Amma bütün gözəllər kimi bu da şıltaqdır. Maşının yığım keyfiyyəti yaxşıdır. Salonu rahatdır. Lakin avtomobilin hidravlik yayları başağrıdandır. Texniki cəhətdən çətindir, xüsusi diqqət tələb edir. Yox, əgər "gözəl”in şıltaqlığını qəbul edəcəksinizsə, o başqa. İstənilən halda azgəlirli müştərilərə məsləhət görülmür. Çünki tez-tez texniki baxışdan keçirmək sərf etməyəcək./publika.az


OXŞAR XƏBƏRLƏR

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...