Azərbaycan Hərbi Hava Qüvvələri İtaliyadan reaktiv təyyarə alıb

Cəmiyyət
17:41 / 10.05.2017
830
Bu gün mayın 10-da Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliya Respublikasının "Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, Müdafiə Nazirliyinin rəhbərliyi təyyarəyə baxış keçirdikdən sonra onun taktiki-texniki xüsusiyyətləri, istismarı və digər keyfiyyətləri barədə ətraflı brifinq təqdim olunub.
Sfera.az