"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllini gözləmək əbəsdir" - Politoloq rəyi

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın Səsi”nə müsahibəsində deyib ki,Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının vaxtıdır:


"İndi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır. Moskvada aprelin 28-də keçirilən görüş müsbətdir. Hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır. Biz həmsədrlər olaraq çalışacağıq ki, bu danışıqları yüksək səviyyəyə qaldıraq”.


Məsələ ilə bağlı Sfera.az-a münasibət bildirən politoloq Natiq Miri söyləyib ki, əslində həmsədrin verdiyi açıqlamada qüsur var:


"Hoqlandın sözündən belə çıxır ki, indiyə qədər aparılan danışıqlar qeyri-ciddi olub. Ayrıca ötən il aprel döyüşlərindən sonra Vyanada prezidentlər arasında görüş keçirildi. Bu da ABŞ-ın moderatorluğu və təşəbbüsü ilə təşkil olunmuşdu. Ondan sonra Sankt-Peterburqda üçtərəfli və həmsədrlərin iştirakı ilə görüş keçirildi və insanlarda müəyyən ümidlər yarandı. Onun nəzərdə tutduğu yüksək səviyyədə ciddi danışıqların nəticəsinin olması üçün mütləq şəkildə prinsipial olaraq beynəlxalq hüququ tətbiq etmək lazımdır. Dağlıq Qarabağ problemində beynəlxalq hüququn tətbiq olunmaması münaqişənin həllinə imkan vermir. Beynəlxalq hüquqda istənilən münaqişəyə selektiv yanaşma mümkün deyil. Bu da ABŞ-ın, Avropa ölkələrinin, həm də Rusiyanın arxivlərində ciddi sənədlərlə də sübut olunub. Təbii ki, Azərbaycan da beynəlxalq hüququ tətbiq etməyənə qədər dirənməyə davam edəcək və ona görə də danışıqlar uzanacaq. Bundan başqa, həmsədr dövlətlərin hər üçü Qarabağ üçün mstəqillik istəyir. Çünki referendumun keçirilməsi Qarabağa dolayısı ilə müstəqillik vəd edir. Onların istəyi də Azərbaycanın Konstitusiyasına bir başa ziddir. Bu problemin həlli Rusiyanın maraqlarının çərçivəsində deyil. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllini gözləmək əbəsdir. 

 



 

Millət vəkiliAsim Mollazadənin fikrincə, Hoqlandın açıqlaması sülh danışıqlarına bir çağırışdır:


"Çünki Ermənistanın oyunları və onu müdafiə edənlər beynəlxalq hüquq normalarının işləməsinə imkan vermirdilər. Və BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrası ilə bağlı hansısa addımlar atılsın. Ümid edək ki, ABŞ beynəlxalq hüququn aliliyi istiqamətində işlər görəcək. Əks halda münaqişənin həlli ilə bağlı heç bir qərar əldə olunmayacaq”.


Gülnarə Eynullaqızı

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...