Dubayda kanalizasiya sistemi yoxdur!.. - İnanılmaz (VİDEO)

Dubayda kanalizasiya sistemi yoxdur!.. - İnanılmaz (VİDEO)
Dünyanın hər yerindən, o cümlədən Azərbaycandan bu şəhərə hər il milyonlarla insan axışır. Şəhərin həm zahiri gözəlliyi, həm də nəhəng ticarət mərkəzi olması onun ziyarətçilərinin sayını günbəgün artırır. Lakin Dubaya mütəmadi gedib-gələn  iş adamlarının çoxunun belə, onun bir mənfi xüsusiyyətindən xəbəri yoxdur. 

Moderator.az xarici mediaya istinadla xəbər verir ki,  əhalisi artıq 2 milyona yaxınlaşan, planetin ən uca göydələninin (Bürc-xəlifə, 828 metr, 163 mərtəbə) yerləşdiyi bu şəhərdə hələ də kanalizasiya sistemi yoxdur.  

Bəs temperaturun bəzən 50 dərəcəyə yaxınlaşdığı bu qaynar yaşayış məskənində insan fəaliyyətinin tullantıları necə təmizlənir? 

Problemi sistern yük maşınları həll edir. Hər binanın boru sistemləri ilə toplanan insan ifrazatları zirzəmilərdə maşınlara yüklənir və şəhərin kənarındakı təmizləmə stansiyalarına boşaldılır. Bu zaman isə nəcis maşınlarının kilometrlərlə uzanan nəhəng növbələri yaranır.  Və çox vaxt tənbəllik edən sürücülər növbədən yayınaraq çirkabları şəhərə yaxın ərazilərə, səhralara, başqa ölkələrdən gəlib fəhləlik edən əcnəbilərin yaşadığı ucqar məhlələrə, hətta çimərliklərin yaxınlığına boşaldırlar. Bu da şəhərin ətarfında böyük çirkablı sahələrin yaranmasına gətirib çıxarır. 

Məlum olur ki, Dubayda kanalizasiya sisteminin qurulmamasına səbəb XXəsrin sonlarında neft gəlirlərinin artmasıyla yaranan tikinti bumu olub. Pul qazanmaqda acgözlük edən iş adamları tələm-tələsik göydələnləri ucaldaraq tullantıları axıtmağı ikinci dərəcəli iş kimi sonraya saxlayıblar..
 
]

OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...