İstanbulu qana bulayan terrorçunun cəzası məlum oldu

İstanbulu qana bulayan terrorçunun cəzası məlum oldu

Yeni il gecəsi İstanbulun "Reina” gecə klubunda törədilən terror aktı ilə bağlı aparılan istintaq işi yekunlaşıb.


Sfera.az "Hurriyet”ə istinadən verdiyi məlumata görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Şöbəsi tərəfindən hazırlanan iddianamədə teraktı həyata keçirən terrorçu Əbdülqədir Maşaripov bir nömrəli şahid olaraq dindirilib. Ondan başqa iddianamədə daha 56 şahid də yer alıb. 


Ə. Maşaripovun "qəsdən adam öldürmə”, "silahlı terror təşkilatına üzv olma” cinayət maddələri üzrə 40 dəfə ağırlaşdırılmış ömürlük cəzaya məhkum olunmağı və 1540 ildən 2370 ilə qədər həbslə cəzalandırılmağı tələb olunub.


Terrorçunun həyat yoldaşı Zarina Nurullayevanın da eyni cinayət maddələri üzrə 40 dəfə  ağırlaşdırılmış ömürlük cəza almağı və 1548 ildən 2003 ilə qədər azadlıqdan məhrum olunmağı istənilib. 


Digər şübhəlilərin isə ağırlaşdırılmış ömürlük cəza ilə 7 il 5 aydan 15 ilə qədər həbslə cəzalandırılmağı tələb olunub.


Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə "Reina” klubunda törədilən terrakt nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.


Terror aktını törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov İstanbulun Esenyurt vilayətində İŞİD hücrəsinə edilən hücum nəticəsində 4 nəfərlə birlikdə saxlanılıb.("Qafqazinfo”)


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...