Sünnət zamanı azyaşlının ölməsilə bağlı cinayət işi açıldı

Sünnət zamanı azyaşlının ölməsilə bağlı cinayət işi açıldı

Masallı rayonunda sünnət zamanı azyaşlının ölməsilə bağlı cinayət işi açılıb.

Sfera.az xəbər verir ki, Masallı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov qeyd edilən tarixdə saat 14 radələrində yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib və rayon mərkəzi xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...