SON DƏQİQƏ! Azərbaycanda bank rəhbəri həbs edildi - MİLYONLAR OĞURLANDI

SON DƏQİQƏ! Azərbaycanda bank rəhbəri həbs edildi - MİLYONLAR OĞURLANDI
Ləğv olunmuş DekaBank ASC-nin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlu həbs edilib.

Sfera.az xəbər verir ki, N.Vəliyev barəsində ötən gün külli miqdarda vəsaiti mənimsəmə ittihamı ilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində cinayət işi açılıb və onun barəsində Binəqədi Məhkəməsinin qərarı ilə 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluqdan faktı təqdiqləyiblər.

N.Vəliyevin vəkili Adəm Məmmədov DekaBank ASC-nin sabiq rəhbəri N.Vəliyevin prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumu olduğunu açıqlayıb. Belə ki, T.Ağayev N.Vəliyevin bibisinin əridir. İddiaya görə, Tariyel Ağayev külli miqdarda (söhbət milyonlardan gedir – red.) vəsaiti mənimsəməklə onu aldadan qohumundan hüquq mühafizə orqanlarına şikayət etmişdi.

DekaBank ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu bankın ləğv prosesi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılıb.

SON DƏQİQƏ! Azərbaycanda bank rəhbəri həbs edildi - MİLYONLAR OĞURLANDI

axar.az

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...