Ərdoğanla görüşdə Putinin qırmızı qalstuk taxmasının sirri
Rusiya xəbər agentliyi "Sputnik”in apardığı araşdırmaya görə, Putin vacib görüşlərdə "qara kostyum, ağ köynək, qırmızı qalstuk” stilində geyinməyi çox sevir.
Avropa.info xəbər verir ki, superomsk.ru saytının yazdığına görə, Putin bir çox vacib tədbirdə qırmızı rəngli qalstuk geyinir. Hətta keçən ilin sentyabr ayında "Vahid Rusiya” partiyasının Omsk şöbəsinin üzvləri Putini nümunə götürərək qırmızı qalstuk taxmağı tərcih ediblər.
NTV kanalının "Mesto vstreçi” proqramında Rusiya prezidentinin Türkiyə prezidenti ilə görüşünü şərh edən aparıcı Andrey Markin görüş haqda bu şərhi verib:
"Bəli, Putin gülümsəyir. Qalstuku da fərqlidir. Hər ikisi də rahat. Putin və Ərdoğan gərgin deyil. Doğrudan da Ərdoğan kresloda rahat oturub. Bir əvvəlki Merkel-Putin görüşündən fərqli mənzərədir”.
Xəbərə görə, Putin ənənəvi olaraq 31dekabrda Yeni İl münasibətilə xalqa müraciət edərkən efirə qırmızı qalstukla çıxır. İmicmeyker və stilist Olqa Lisinaya görə, qırmızı rəngli qalstuk iqtidar və gücü, liderin səy və zəmini təmsil edir. Rusiyanın Mir24 kanalı da Putin hər il təşkil etdiyi böyük mətbuat konfransında qırmızı qalstuk geyməyi tərcih etdiyini qeyd edib. Kanalın şərhinə görə, qırmızı rəngi seçən liderlər doğru, şən, açıq sözlü və yaxşı idarəetmə qabiliyyəti ilə tanınan şəxslərdir.
Rusposters.ru saytının araşdırmasına görə, 2012-ci ildən bu yana Putinin vacib tədbir və görüşlərdə ən çox qırmızı qalstuk taxmasına diqqət yetirib. Statistikaya görə, 5 il ərzində Putin 3-4 tədbir üçün qara, mavi və digər rəngli qalstuklar geyərkən, 11 vacib tədbir üçün qırmızı qalstuk tərcih edib.