"Özüm heç vaxt "Maşın" şouda iştirak etmərəm" - Murad Dadaşov

Maqazin
00:22 / 08.05.2017
1341
Əməkdar artist Murad Dadaşov "ATV maqazin 10larla” verilişə mayda efirə gedəcək "Maşın” realiti-şoudan danışıb.
Şoumen verilişdə yeni simaların iştirak etdiyini bildirib:
"Redaktorlar siyahını mənə təqdim etdi, baxdım ki, 120 nəfər məşhur var ki, indiyənədək maşın şouda iştirak etməyiblər. Amma onlar arasında elələri var ki, nə qədər dəvət etmişik, gəlmirlər. Məsələn, Ədalət Şükürov, Tünzalə Ağayeva, Namiq Qaraçuxurlu, Manana. Mən onlardan incimirəm. Bu, həmin insanların şəxsi mövqeyidir. Onların təbiəti ilə bu şou düz gəlmir”.
M.Dadoşov qeyd edib ki, onu da iştirakçı kimi bu şouya dəvət etsəydilər, razı olmazdı:
"Ora o qədər gərgin bir məkandır ki…Televiziya oradakı gərginliyin heç 30 faizini tamaşaçılara çatdıra bilmir. İnandığın insanın satqınlığı ilə üzləşirsən, düşünmədiyin yerdən dəstək alırsan. O şou gerçək həyatımızdır”.
Axşam.az