Son dəqiqə: Fransanın yeni prezidenti Makron seçildi

Son dəqiqə: Fransanın yeni prezidenti Makron seçildi

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir.

Axar.az xəbər verir ki, birinci turda 24,01% səs toplayan "İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və 21,3% səs toplayan Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ikinci turda mübarizə aparırlar.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub.

***

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həyat yoldaşı Karla Bruni ilə birlikdə Parisdə səs verib.

Hazırda ölkə üzrə seçici aktivliyi 28.23 faizdir.

***

"İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ailələri ilə birlikdə səs verib.

***

Belçikanın "Soir” qəzetinin Fransanın dənizsahili əyalətlərində seçicilərdən götürdüyü sorğuya əsasən, Emmanuel Makron hazırda liderlik edir.

***

Prezident seçkilərinin ilkin nəticəsi Bakı vaxtı ilə saat 22:00-da elan ediləcək. İndiyə qədər isə seçicilərin o qədər də fəal olmadığı üzə çıxıb.

Belə ki, yerli vaxtla saat 17:00-a olan məlumata görə, seçicilərin yalnız 65,3 faizi seçkidə iştirak edib. Seçkilərin birinci turunda 17:00-a qədər artıq seçicilərin 69,42 faizi səs vermişdi.

***

Prezidentliyə namizəd Marin Le Pen seçkinin nəticələrini müşahidə etmək üçün Parisdəki seçki qərargahına gəlib.

***

Frans-Press Agentliyi seçkilərdə Emmanuel Makronun qələbə açldığını açıqlayıb.

***

Qeyri-rəsmi məlumatlara görə, Emmanuel Makron 65.1 faiz səslə Fransanın yeni prezidenti seçilib.


OXŞAR XƏBƏRLƏR