Rövşənin qətli ilə bağlı daha bir — Gizli məqam

Rövşənin qətli ilə bağlı daha bir — Gizli məqam
Rövşən Lənkəranskinin qətli Moskvada baş verən bazar müharibələri ilə birbaşa bağlı ola bilər
 
Sfera.az lent.az-a istinadən xəbər verir ki, bu versiyanı Rusiyanın kriminal saytlarının biri irəli sürüb. Mötəbər mənbədən sayta daxil olan məlumata görə, "Çetıre sezona” meyvə-tərəvəz bazasından alver edən azərbaycanlılar bir müddət sonra əslən Qubadan olan Zarah İliyev və Qod Nisanovun sahibi olduğu "Fud Siti”yə kütləvi axın ediblər. Elə bütün söhbətlər də bundan sonra başlayıb.
 
Məlumata görə, məşhur "Pokrov” bazasının bağlanmasından sonra yəhudi əsilli iş adamları "Fud Siti”nin əsasını qoyaraq azərbaycanlıları məhz ora köçürmək istəyirdilər. Amma illərdir Moskva bazarında çalışan həmyerlilərimiz "Fud Siti”yə yox, Domodedovo rayonunda yerləşən və loqistik baxımdan daha əlverişli sayılan "Çetıre sezona”ya üz tutdular. Bunun bir səbəbi də, "Pokrov” bazasını işlədən Məhərrəm və Nuruş adlı şəxslərin məhz bu bazanı seçməsi idi.
 
 Məhhərəm və Nuruş isə illərdir məhz Rövşən Lənkəranskin patronajlığı altında çalışırdılar. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın "krışalığını” məhz Rövşən edirdi. Saytın yazdığına görə, təkcə "Pokrov” bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarında çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. "Fud siti”nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.
 
Məlumatda deyilir ki, "Çetıre sezona”nın qara günləri Məhərrəm və Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başladı. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhərrəm və Nuruş "Fud siti” rəhbərliyi tərəfindən şirnikləndirilərək ora cəlb edildilər.
 
Amma Nuruş və Məhərrəmin bəxti bir məqamda gətirdi: Rövşən həmin ərəfədə qətlə yetirildi. Məlumata görə, Rövşənin qətlində məhz bu bazar münaqişəsinin böyük rolu olub. Hər halda bu da yen bir versiyadır.

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...