Hansı daha güclüdür? - Türkiyə və Rusiya ordusu RƏQƏMLƏRDƏ - FOTOLAR
Son günlər Rusiya ilə Türkiyə arasında yaranmış siyasi böhran iki ölkə arasında müharibə riskini artırır. Belə bir məqamda Türkiyə və Rusiya silahlı qüvvələrinin gücünün müqayisəsi aktuallaşır.
Bu gün Rusiya və Türkiyə orduları dünyanın ən güclü 10 ordusu sıralarında yer alıblar. Rusiya ordusu dünyanın ikinci, Türkiyə Silahlı Qüvvələri isə 8-ci ən böyük ordusu hesab olunur.
“Business Insider” dərgisi Türkiyə və Rusiya Silahlı Qüvvələrinin müqayisəsini aparıb. Dərgidə həmçinin, dünyanın ən güclü 35 ordusunun siyahısı yer alıb. Siyahıda birinci yerdə ABŞ, ikinci yerdə isə dünyada ən çox tank və nüvə başlığına sahib olan ölkə kimi Rusiya qərarlaşıb, Türkiyə isə 8-ci yerdə göstərilir. Dünya ölkələri ordularının güc müqayisəsinin siyahısı tank, hərbi təyyarə və gəmi, peşəkar hərbi qulluqçuların sayı və hərbi büdcəyə görə hazırlanıb.
Dünyanın ən güclü ikinci ordusuna sahib olan Rusiya ilə Türkiyə Silahlı Qüvvələrinin müqayisəsində kifayət qədər fərq olsa da, Türkiyənin NATO üzvü olması aradakı fərq nisbətini düşünməməyə nikbinlik yaradır. Çünki Türkiyə ABŞ-dan sonra ikinci ən böyük orduya malik olan NATO ölkəsidir.
Publika.az müqayisəli şəkildə Rusiya və Türkiyə Silahlı Qüvvələrinin arsenalını təqdim edir:
Rusiya Silahlı Qüvvələri | Türkiyə Silahlı Qüvvələri | |
Əhali sayı | 142 milyon | 81 milyon |
Ehtiyatda olan hərbi qulluqçu | 69 milyon nəfər | 40 milyon nəfər |
Xidmətdə olan hərbi qulluqçu | 400 min nəfər | 440 min nəfər |
Hərbi təyyarə | 3081 ədəd | 3100 ədəd |
Tank | 15 000 ədəd | 3 600 ədəd |
Hərbi gəmi | 350 ədəd | 115 ədəd |
Pilotsuz təyyarə | 1201 | 154 ədəd |
Peyk | 87 ədəd | 12 ədəd |
Hərbi büdcə | 76 milyard dollar | 19 milyard dollar Qeyd edək ki, Rusiya nüvə silahına malik olan ölkədir və hazırda 1600 ədəd nüvə başlığına malikdir. Türkiyə nüvə dövləti olmasa da, NATO-nun üzvü olduğundan burada 90 ədəd nüvə başlığı saxlanılır.
OXŞAR XƏBƏRLƏR |