Ailənin tək uşağı olan Kənan sünnət zamanı niyə dünyasını dəyişdi? - TƏFƏRRÜATLAR - VİDEO

Ailənin tək uşağı olan Kənan sünnət zamanı niyə dünyasını dəyişdi? - TƏFƏRRÜATLAR - VİDEO

Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynov ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

Xezerxeber.az məlumat verir ki, ailənin tək uşağı olan Kənanın atası iki il əvvəl dünyasını dəyişib. Məlum olub ki, Hüseynovlar ailəsi uşağı xəstəxanada sünnət etdirmək istəsə də, həkim evə gəlməkdə israr edib.

Yaxınlarının sözlərinə görə, uşağın halı, deyildiyi kimi, əməliyyatdan əvvəl yox, məhz əməliyyat zamanı pisləşib.

Buna baxmayaraq, həkim uşağı sünnət eləyib və nəticədə onun vəziyyəti daha da pisləşib, hətta ağzından köpük gəlib.

Kənanı sünnət edən həkim Ramiz Sadıqov Masallının Ərkivan kəndində yaşayır.

O, "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, azyaşlının vəziyyəti ağırlaşdığına görə onu tələsik öz avtomobili ilə xəstəxanaya çatdırıb.

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Kənanın ölümünün ilkin səbəbini açıqlayıb. Mərkəzdən bildirilib ki, meyitin üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa "Novakain" dərmanının vurulmasında sonra yaranıb və uşaqda "Novakain"ə qarşı reaksiya baş verib. Yəni ölümə səbəb uşağın qorxması olmayıb. Kənanın sağlamlığı ilə bağlı başqa problem qeydə alınmayıb.

 

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR

Demi Mur arxiv videosu səbəbindən qalmaqala düşüb

62 yaşlı amerikalı aktrisa Demi Mur karyerasının 45 ilində ilk Qızıl Qlobusunu alan kimi onun qələbə sevinci 1982-ci ildən arxiv videosunu dərc edən onlayn dete...

Rihanna açıq-saçıq alt paltarı ilə bədənini nümayiş etdirdi - FOTOLAR

36 yaşlı müğənni və iş qadını Rihanna alt paltarı markası “Savage X Fenty”nin Sevgililər Günü üçün yeni kolleksiyasının reklam kampaniyasında rol al...

Pilotun ərköyün övladına görə 75 nəfərin həyatına son qoyan təyyarə qəzası - FOTOLAR

Sərnişin təyyarəsinin idarə edilməsini uşağa həvalə etməyi təsəvvür edə bilərsinizmi? Üstəlik, bu “oyun” 75 nəfərin həyatına son qoyacaq faciəyə çev...

Futbol tarixinin ən böyük saxtakarlığı: Ayağına top dəyməyənfutbolçu

Futbol tarixi maraqlı hekayələr və intriqalarla doludur. Ancaq tarix yazan futbolçu var və onu yaşıl meydanlarda görən hər kəs qarşısında diz çöküb tövbə edir. ...

Qadın polisi qətlə yetirən şəxsin cəzası bilindi

Türkiyənin İstanbulun şəhərində polis əməkdaşı Şeyda Yılmazı öldürməkdə təqsirli bilinən Yunus Emre adlı şəxs ömürlük azadlıqdan məhrum olunub.   Sfe...

Dünyanın ən tıxaclı şəhəri bəlli olub

İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub. Sfera.az bildirir ki, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 sa...