"Porsche" ilə qız öldürən iş adamının 14 yaşlı oğlunu hansı cəza gözləyir?

İş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağəli Fərəcov avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vuraraq öldürüb.

Qəza törədib, adam ölümünə səbəb olan şəxsin atası bildirib ki, oğlumun törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq.

Qəza törədərək bir nəfərin həyatına son qoyan şəxsin yaşının 14 olması isə onu cinayət məcəlləsi ilə məsuliyyətə cəlb etməkdən məhrum edir.

14 yaşlı uşağı hansı cəza gözləyir?

Bu suala hüquqşünaslar Vüqar Səfərli, Tahir Əlirzayev Ölkə.Az-da cavablandırıb.

Vüqar Səfərli: "Əgər bir şəxs 14 yaşında cinayət törədibsə o yetkinlik yaşına, yəni, 16 yaşına çatmayan şəxsdir. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti az olur. Yetkinlik yaşına çatmayan şəxslər ümumi, ciddi rejimli cəzaçəkmə müəsisələrində cəza çəkmirlər, onlar möhkəm rejimli tərbiyə müəsisələrində cəza çəkirlər.

Həmin uşağa özü istəməsə belə dövlət tərəfindən vəkil təyin olunacaq. Həmin şəxs cinayət məsuliyyəti ilə mühakimə olunmağa yaş həddində belə deyilsə, istənilən halda hakim ona yüngül hökm oxuyacaq".

Tahir Əlirzayev: Cinayət məcəlləsinə görə 16 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. 16 yaşı tamam olmayıbsa, o şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun barəsində tərbiyəvi tədbirlər görüləcək. Uşaqların tərbiyə müəssələri var, 16 yaşı tamam olmayan şəxslər oraya yerləşdirilir. Bu isə cəza deyil.

Atanın səhlənkarlığı, ehtiyatsızlığı da müəyyən olunmalıdır. Əgər atanın səhlənkarlığı, ehtiyatsızlığı müəyyən olunarsa atanın məsuliyyəti yaranacaq. Əgər məlum olsa ki, atanın xəbəri olmadan uşaq gedib maşını götürüb sürübsə həmin uşaq cinayət məsuliyyətinə cəlb edilmir.

Uşağın vurduğu maddi və mənəvi zərərə görə valideyinləri məsuliyyət daşıyır. Uşağa cinayət məcəlləsi ilə cəza verilməyəcək".

Qeyd edək ki, A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur. F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki ''Badu kubə'' restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq "MOHİTO" və "PARODİZ" klublarını, Novxanıdakı ''Kalyon'' restoranını tikdirib.

Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı.


OXŞAR XƏBƏRLƏR

Demi Mur arxiv videosu səbəbindən qalmaqala düşüb

62 yaşlı amerikalı aktrisa Demi Mur karyerasının 45 ilində ilk Qızıl Qlobusunu alan kimi onun qələbə sevinci 1982-ci ildən arxiv videosunu dərc edən onlayn dete...

Rihanna açıq-saçıq alt paltarı ilə bədənini nümayiş etdirdi - FOTOLAR

36 yaşlı müğənni və iş qadını Rihanna alt paltarı markası “Savage X Fenty”nin Sevgililər Günü üçün yeni kolleksiyasının reklam kampaniyasında rol al...

Pilotun ərköyün övladına görə 75 nəfərin həyatına son qoyan təyyarə qəzası - FOTOLAR

Sərnişin təyyarəsinin idarə edilməsini uşağa həvalə etməyi təsəvvür edə bilərsinizmi? Üstəlik, bu “oyun” 75 nəfərin həyatına son qoyacaq faciəyə çev...

Futbol tarixinin ən böyük saxtakarlığı: Ayağına top dəyməyənfutbolçu

Futbol tarixi maraqlı hekayələr və intriqalarla doludur. Ancaq tarix yazan futbolçu var və onu yaşıl meydanlarda görən hər kəs qarşısında diz çöküb tövbə edir. ...

Qadın polisi qətlə yetirən şəxsin cəzası bilindi

Türkiyənin İstanbulun şəhərində polis əməkdaşı Şeyda Yılmazı öldürməkdə təqsirli bilinən Yunus Emre adlı şəxs ömürlük azadlıqdan məhrum olunub.   Sfe...

Dünyanın ən tıxaclı şəhəri bəlli olub

İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub. Sfera.az bildirir ki, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 sa...