Azərbaycanda sərnişin dolu mikroavtobus yandı: 25 yaralı var - YENİLƏNİB, FOTOLAR

Azərbaycanda sərnişin dolu mikroavtobus yandı: 25 yaralı var - YENİLƏNİB, FOTOLAR
Cəlilabadda mikroavtobus yanıb, yaralılar var.

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Məlik Qasımlı kəndi ərazisində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.

İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

OXŞAR XƏBƏRLƏR