"Azərbaycana son 3 ayda gələn turistlərin sayı 25 faiz artıb"

Azərbaycana son 3 ay ərzində gələn turistlərin sayı ötən ilin müvafiq dövrü lə müqayisədə 25 faiz artıb.
 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Məclisin bu gün keçirilən iclasında Turizm haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, strateji yol xərityəsinə uyğun olaraq, marketinq bazarında 15 ölkə müəyyən olunub və gəliş potensialı böyük olan ölkələr müəyyənləşdirilib:

"Bu da indi öz nəticəsini verir. Əgər ölkəyə turist gəlişi 25% artıbsa, məhz 15 ölkədən Azərbayacna gələn turistlərin sayında artım daha çox olub, 36 faiz olub".

Nazir bildirib ki, dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir:

"Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya televiziyalarında Azərbaycanın turizm imkanları təbliğ olunur. Bu da Azərbaycana diqqəti artırır".

Ə.Qarayev qeyd edib ki, elektron turizm xidmətlərinin istifadəsinə böyük önəm verilməldir:

"Qanunda yeni turizm zonaların yaradılması və idarəedilməsi, xidmətdə yeni beynəlxalq standartların tətbiqi, tədris sisteminin formalaşdırılmasına dair yeniliklər mövcuddur. Turizm Dövlət Reyestrinə daxil olacaq iştirakçılar daha məsuliyyətli olacaq. Reyestrin yaradılması dələduzluqların qarşısını alacaq, nəzarət funksiyasını tam şəffaf həyata keçirməyə imkan verəcək".



OXŞAR XƏBƏRLƏR