Nənəsinin qızıllarını oğurlayaraq Bakıya gələn qıza təcavüz edildi - TƏFƏRRÜAT

Nənəsinin qızıllarını oğurlayaraq Bakıya gələn qıza təcavüz edildi - TƏFƏRRÜAT

Dələduzluq və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az teleqraf.com-a istinadla xəbər verir ki, Şahin Quliyev 23 noyabr 2015-ci il tarixdə 2000-ci il təvəllüdlü Vəfa Əliyevaya (ad və soyad şərti verilib -H. Z.) onunla ailə quracağı barədə yalan vədlər verərək, etibarını qazanıb.

Bu etibardan istifadə edən Şahin Quliyev Vəfaya özünə və ailəsinə məxsus qızıl-zinət əşyalarını götürüb, Bakı şəhərində birgə kirayişin yaşamağı təklif edib.

16 yaşlı qızı necə aldadıb?

Vəfa Əliyeva da öz növbəsində Şahin Quliyevin vədlərinə inanıb. O, yaşadığı Quba şəhəri, Ə.Nərimanov küçəsindəki evdən nənəsi Tükəzbanın (ad və soyad şərti verilib -red.) ona bağışladığı ümumilikdə dəyəri 6000 manat olan "Kardinal" markalı qızıl boyunbağını və qolbağını, 1 ədəd "Tross" formalı boyunbağını, 1 ədəd kəpənək formalı nişan üzüyünü, 1 ədəd nazik boyunbağını, 1 ədəd yaşıl qaşları olan qızıl üzüyünü, 1 cüt qızıl sırğanı və 2 ədəd gümüşdən olan komplektləri götürüb.

Qızılları götürən Vəfa Şahin Quliyevlə birgə Bakı şəhərinə gəlib. Şahin Quliyev metronun "Neftçilər" stansiyasının qarşısında Vəfa Əliyevanın özü ilə gətirdiyi zinət əşyaları ələ keçirib.

Təcavüz

Şahin Quliyev həmin qızılları elə Nizami rayonu, Q.Qarayev prospekti 15/29 ünvanında yerləşən qızıl qəbulu mağazasında Firudin İbrahimova 1.646 manata satıb.

Daha sonra Şahin Quliyev Vəfa Əliyeva ilə Xətai rayonu, Babək prospekti şərq qurtaracağı 106 "D" ünvanında yerləşən "Günəş" otelinə gəliblər. Şahin Quliyev oteldə Vəfa Əliyeva ilə könüllü cinsi əlaqədə olub. Ona qarşı seksual xarakterli hərəkətlər edib.

Şahin Quliyev Vəfa ilə cinsi əlaqədə olandan sonra onu oteldə qoyub və oranı tərk edib. Oteldə tək qalan yetkinlik yaşına çatmayan qız valideynlərinə məlumat verib və Bakı şəhərinə evlənmək məqsədilə gəldiyini, burada oteldə təcavüzə məruz qaldığını deyib.

 

Vəfa Əliyevanı oteldən tapan valideynlərin hüquq-mühafizə orqanlarına məlumat veriblər. Keçirilən əməliyyat nəticəsində cinayəti törədən Şahin Quliyev həbs edilib.

Şahin Quliyev Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib.

Cəza: 4 il 6 ay

Xətai rayon Məhkəməsinin hökmü ilə Şahin Quliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şahin Quliyev apelyasiya şikayəti verib.

Şahin Quliyev şikayətində bildirib ki, Vəfa Əliyeva ilə məcbur cinsi əlaqədə olmayıb. Ona qarşı dələduzluq da etmədiyini deyən Şahin Quliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin hökmdən narazı qalan zərərçəkmişin qanuni nümayəndəsi də apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, tərəflərin apelyasiya şikayətləri təmin edilməyib və Xətai rayon
Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


OXŞAR XƏBƏRLƏR

Demi Mur arxiv videosu səbəbindən qalmaqala düşüb

62 yaşlı amerikalı aktrisa Demi Mur karyerasının 45 ilində ilk Qızıl Qlobusunu alan kimi onun qələbə sevinci 1982-ci ildən arxiv videosunu dərc edən onlayn dete...

Rihanna açıq-saçıq alt paltarı ilə bədənini nümayiş etdirdi - FOTOLAR

36 yaşlı müğənni və iş qadını Rihanna alt paltarı markası “Savage X Fenty”nin Sevgililər Günü üçün yeni kolleksiyasının reklam kampaniyasında rol al...

Pilotun ərköyün övladına görə 75 nəfərin həyatına son qoyan təyyarə qəzası - FOTOLAR

Sərnişin təyyarəsinin idarə edilməsini uşağa həvalə etməyi təsəvvür edə bilərsinizmi? Üstəlik, bu “oyun” 75 nəfərin həyatına son qoyacaq faciəyə çev...

Futbol tarixinin ən böyük saxtakarlığı: Ayağına top dəyməyənfutbolçu

Futbol tarixi maraqlı hekayələr və intriqalarla doludur. Ancaq tarix yazan futbolçu var və onu yaşıl meydanlarda görən hər kəs qarşısında diz çöküb tövbə edir. ...

Qadın polisi qətlə yetirən şəxsin cəzası bilindi

Türkiyənin İstanbulun şəhərində polis əməkdaşı Şeyda Yılmazı öldürməkdə təqsirli bilinən Yunus Emre adlı şəxs ömürlük azadlıqdan məhrum olunub.   Sfe...

Dünyanın ən tıxaclı şəhəri bəlli olub

İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub. Sfera.az bildirir ki, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 sa...