Mənsum İbrahimov və Arif Qazıyevə Prezidentin fərdi təqaüdü verilib
18:40 / 01.05.2017
1226
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
İbrahimov Mənsum İsrafil oğlu
Qazıyev Arif Lətif oğlu
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.