Nərimanovda obyektdə baş verən yanğın məhdudlaşdırıldı - YENİLƏNİB

Kateqoriya məlum deyil11.06.26, 12:17709 👁️
T
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş verən yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, yanğının genişlənməsinə imkan verilməyib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
___________________
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
