Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib

Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev kampusun açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Bakı Ali Neft Məktəbinin kampusunun inşasına 2012-ci ilin aprel ayında başlanılıb. Kampusun ümumi ərazisi 7 hektardır. Bunun 47 min kvadratmetri ümumi tikinti sahəsi, 42 min kvadratmetri isə əsas korpusun sahəsidir. Kampusda əsas korpus, 400 çarpayılıq yataqxana, fitnes mərkəzi, 1000 yerlik süni örtüklü stadion, iki qazanxana, 10 kilovoltluq elektrik yarımstansiyası, iki su hovuzu, nasosxana, dörd keçid məntəqəsi, iki tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları var.

Əsas korpus isə 600 nəfərlik akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, soyunub-geyinmə otaqları, 110 yerlik auditoriya zalı, 300 yerlik yeməkxana, tədris auditoriyaları, inzibati və xidmət otaqlar, müasir tədris laboratoriyaları, kitabxana və üzmə hovuzu olan uşaq bağçasından ibarətdir.

Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunda təlim-tədris üçün yaradılan şəraitlə tanış oldu.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...