Ötən gün 10 qanunsuz silah aşkarlanıb

Kateqoriya məlum deyil
T
Ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 tüfəng, 2 patron darağı və 548 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmçinin narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
