Rusiya Türkiyədə təhsil alan tələbələrini geri çağırır

Rusiya Türkiyədə təhsil alan tələbələrini geri çağırır

Rusiya Təhsil Nazirliyi Türkiyə ilə Rusiya arasındakı elmi əməkdaşlığa son qoyulması məqsədilə layihə hazırladığını açıqlayıb.

Bu barədə Sfera.az “Milliyet”ə istinadla xəbər verir.

Layihəyə əsasən, 44 Rusiya universitetinin Türkiyə universitetləri ilə əməkdaşlığı dayandırılır.

Layihə ilə bağlı açıqlama verən Nazirlik mübadilə proqramı üzrə Türkiyədə təhsil alan rusiyalı tələbələrin ölkələrinə geri çağırılacaqlarını bildirib: "Mübadilə proqramı çərçivəsində Türkiyədə təhsil alan bütün tələbələr ən qısa müddət ərzində Rusiyaya geri gətiriləcək."

Açıqlamada, həmçinin bildirilir ki, Rusiyada oxuyan türkiyəli tələbələr üçün hər hansı məhdudiyyət qoyulmayacaq.

Məlumat üçün bildirək ki, Rusiyadakı 123 ali təhsil ocağında 1030 türkiyəli tələbə oxuyur.



OXŞAR XƏBƏRLƏR