Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün tarixi açıqlandı
Cəmiyyət
15:00 / 26.04.2017
911
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşünün tarixi məlum olub.
"Report" Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, XİN başçıları aprelin 28-də Moskvada görüşəcəklər.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq.