Terror bəlasının tarixi və ağlagəlməz qətllər

Terror bəlasının tarixi və ağlagəlməz qətllər

Terrorizm – haqqında birmənalı tərif olmasa da, müttəxəssislərin əksəriyyətinin gəldiyi qənaət budur ki, o, siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni gücün tətbiq olunması formasıdır.

“Terror” latın sözündən götürülüb, mənası qorxu, vahimə deməkdir.

Biz terrorizmi yalnız dövlətə və dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirə bilmərik. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir. Həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür. Bir dayda olaraq, terrorizmin bütün təzahürləri hüquqa ziddir.

 Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Maraqlıdır, görəsən ilk dəfə terror anlayışı nə vaxt yaranıb?

Terrorizm və terror anlayışı ilk dəfə Fransa inqilabından sonra yaranıb, vaxt keçdikcə siyasi anlayışa çevrilib. Lakin tarixə nəzər yetirsək görərik ki, Fransa inqilabından öncə də terror hadisləri olub.

Tarixdə ən qədim terror hadisəsi eradan əvvə 135-l 6- cı illər arası Fələstində meydana gəlib. “Zealot” adlı Musəvi təriqəti, qeyd etdiyimiz dövrdə Roma imperatorluğunun legionlarına qarşı sui-qəsd təşkil edərək adını dünyaya tanıdıb.

Tarixdəki ən qədim terror qruplarından biri də II-XIII əsrlər arasında fəaliyyət göstərən Xaşxaşilərdir. 13-cü əsrdə monqollar tərəfindən dağıdılan qrup, hətta Suriyaya kimi gedib çıxıb. İlk lideri Həsən Səbaidir (Hassan Sabah).

Tuqlar (thug) VII-XIX əsrlərin ortalarına qədər fəaliyyət göstərən, qurbanlarının çoxunu əl ilə boğaraq öldürən hindu terorrizminin adıdır. Üzvləri qatil və oğrulardan ibarət bu qrupun məqsədi hindu terror allahı hesab etdikləri “Kali”nin yolunda insanları qurban vermək olub.

Adlarını sadaladığımız terror birləşmələri ilk olsalar da, onları professional terror qrupu hesab etmək olmaz.

İlk professional terror qrupunun Afrikada qəbilə halında yaşayan “Kabalalar” olduğu söylənilir. “Kabalalar” maddi gəlirlərini siyasi sui-qəslərdən aldıqları üçün, qəbilənin hər bir üzvü fərdi professional qatil kimi böyüyüb.

Modern terrorizmi isə dünyada Fransa burjua inqilabı yaradıb. Fransa burjua inqilabı ilə terrorizm, sadəcə siyasi təsirə malik qüvvə kimi qalmayıb, eyni zamanda xoşbəxt bir gələcək yaratmaq üçün vasitəyə çevrilib. Terrorizm inqilabdan əvvəl və inqilab zamanı həm monarxiyanın, həm də xalqın əlində silah olub.

Fransada 1793-1794 – cü illər arasında fəaliyyət göstərən və 13 ay davam edən yakobinlərin rejimini terror dönəmi adlandırmaq olar. Terrorizm bu dövrdə sosial idarənin vasitəsi kimi istifadə olunan dövlət hərəkatı ilə eyni anlamda ortaya çıxıb. Bu müddətdə kütlə terroru, dövlət idarəsini əldə saxlamaq istəyənlərin iqtidarını qüvvətləndirmək, müxalifləri və sadə vətəndaşları qəbul etmək üçün istifadə olunan siyasi bir taktika kimi ortaya çıxıb.

“Hər dövr ilk növbədə özünü məhv edir” – həqiqəti bu dövrə də öz sözünü dedi.  Dövlət idarəsni əldə saxlamaq məqsədiylə başlanan rejim gilyotinlə tamamlandı. Tarixdəki bu dövr, dövrün və dövlətin düşmanlarının yox edilməsiylə bitdi. Fransada 17 min ilə 40 min arası insan bu qraışıqlığın qurbanı oldu.

Nəticə olaraq deyə bilərik ki, terror anlayışı mahiyyət etibariylə Fransa inqilabından sonra tarixə gəlib.

Amerikada vətəndaş müharibsindən sonra (1861-1865) məğlub olan cənubluların yatardıqları  və bu gün də mövcud olan “KKK” terror qrupu da buna nümunədir. Onlar daha çox Amerikanın qaradərili vətandaşlarına qarşı olub, onları vəhşicəsinə, xüsusilə də yandıraraq öldürüb.

Tarixdəki ən böyük terror hərəkətlərindən biri Rusiyada 1878-1881-ci illər arasında fəaliyyətdə olan “Narodnaya Volya” terror hərəkatıdır. Qoruyucuları rus anarxistləri olan hərəkat 1881-ci ilə zəzrərsizləşdirilsə də, sonralar Rusiyanın daxilinə yayılmağa davam edib.(atv.az)


OXŞAR XƏBƏRLƏR