Rusiyadan Türkiyəyə şad xəbər...
Cəmiyyət
06:44 / 03.12.2015
1170
Türkiyənin Rusiya Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarəsini vurmasından sonra yaranan böhran hələ də davam edir.
Sfera.az Avropa.infoya istinadən xəbər verir ki, Rusiya hökuməti Türkiyəyə və türk vətəndaşlarına qarşı bir sıra tədbirlərə əl atıb.
Artıq bir neçə gündür ki, Rusiyada türk vətəndaşlarına qarşı təzyiqlər artmaqda davam edir və Türkiyə şirkətlərinə qarşı şiddət artır.
Amma bunun tam əksi olaraq bu dəfə Rusiya hökumətindən yaxşı bir xəbər eşitmək mümkün olub.
Rusiyanın idman naziri Vitali Mutko türk şirkətlərinin Rusiyada inşa etdiyi stadionlarda işlərinə davam edəcəyini bildirib.
Mutko mətbuata açıqlaması zamanı bunları deyib:
“Əgər bir şirkətin kontraktı varsa, o zaman o şirkət işinə davam edəcək. Gələcəkdə yeni layihələrə imza atılmayacaq. Lakin mövcud müqavilə varsa bu müqavilə yenidən müzakirə olunmayacaq”.