Türkiyə mavi yanacağı bu ölkədən alacaq - Müqavilə imzalandı

Türkiyə mavi yanacağı bu ölkədən alacaq - Müqavilə imzalandı

Türkiyə prezidenti Recep Tayip Ərdoğanın Qətər səfəri zamanı iki ölkə arasında, Qətərin Türkiyəyə təbii qaz ixrac etməsi ilə bağlı müqavilə imzalanıb.

Türkiyə və Qətər arasında viza rejimi də ləğv edilib.

Rusiya ilə yaşanan təyyarə gərginliyinin ardından təbii qazla bağlı problemi aradan qaldırmaq məqsədilə, Ərdoğan Qətərə yollanıb. Görüş nəticəsində hər iki ölkə arasında müqavilə imzalanıb.

"BOTAŞ" neft-qaz şirkəti ilə Qətərin "Katar Petrol"u arasında bağlanılan anlaşma, Türkiyədə LNG depolarının qurulmasına yol açacağı gözlənilir. Hələ ki, Türkiyəyə ixrac ediləcək maye qazın miqdarı açıqlanmır.

İki ölkə arasında viza rejimi ləğv edildi

Türkiyə və Qətər arasında bağlanan müqavilə nəticəsində iki ölkə arasında viza rejimi ləğv edildi. Ərdoğan bu barədə mətbuata açıqlama verdi: “ Bundan  sonra iki ölkə arasında viza rejimi olmayacaq. Türkiyə və Qətər vətəndaşları iki ölkəyə artıq vizasız gedəcək.(atv.az)


OXŞAR XƏBƏRLƏR