DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: 50-dən çox azərbaycanlı həlak oldu - VİDEO

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: 50-dən çox azərbaycanlı həlak oldu - VİDEO
Güclü yağışlar İranda fəlakətə yol açıb.
 
Ölkənin bir çox şəhərini güclü yağışların yağması nəticəsində sel basıb.
 
İstiPress-in TRT-yə istinadla verdiyi məlumata görə, təbii fəlakət bölgədə ciddi fəsadlara, insan itkisi və dağıntılara səbəb olub. 

İran Qırmızı Aypara Təcili Müdaxilə Mərkəzinin sözcüsü Seyyid Mustafa Murtazavi sel fəlatəti nəticəsində 12 əyalətin 126 şəhər və rayonlarının zərər çəkdiyini deyib. Ən çox ziyan Huzistan, İylam, Loristan, İsfəhan, Fars, Çəharmahal-Bəxtiyari, Şimali Xorasan, Şərqi Azərbaycan, Geylan, Buşehir və Həmədana dəyib. Ümumilikdə 5600-a yaxın insan zərər çəkib. Bir çox ev və iş yerlərinin su altında qalması ilə nəticələnən daşqınlar əkin sahələrinə də ciddi ziyan vurub. 

Ölü və itkin düşənlərin sayı ilə bağlı məlumatlar isə ziddiyətlidir. İranın dövlət televiziyası sel fəlakətində 1 nəfərin öldüyü, 2 nəfərin də itkin düşməsi barədə məlumat yayıb. 

Şərqi Azərbaycan Valiliyi Böhran Müdiriyyəti Şöbəsinin rəisi Xəlil Sai isə daşqın nəticəsində 3 nəfərin öldüyü, 12 nəfərin isə itkin düşdüyünü deyib. Hələlik itkin düşənlərin taleyi barədə heç bir məlumat yoxdur. Ölənlərdən biri qadın, ikisi isə kişidir, onların cəsədi Əcəbşer xəstəxanasına aparılıb.

"İranın mərkəzi vilayətlərində daşqın nəticəsində ən azı dörd nəfər ölüb". Bunu isə İranın Fövqəladə Hallar üzrə təşkilatının rəhbəri Amin Saberina deyib. 

Azərşehr şəhərində Gellezar körpüsünün altında seli izləyən 5 maşın içərisində olanlarla birlikdə sulara qərq olub. Axtarış işləri nəticəsində içərisində içərisində 3 meyit olan maşınlardan biri tapılıb. 

Qeyd edək ki, İranı güclü yağışlar bir neçə gündür ki, cənginə alıb. Güclü yağış nəticəsində çaylarda suyun səviyyəsi qalxıb və bəndləri, yolları yuyub.

"GünazTV" isə təbii fəlakət nəticəsində 50-dən çox soydaşımızın həlak olduğunu bildirir.

Dəhşətli daşqının videogörüntüsünü təqdim edirik:



OXŞAR XƏBƏRLƏR