Ərşad Hüseynovdan 3 nəfərin öldüyü qəza ilə bağlı - Şok açıqlama - VİDEO

Ərşad Hüseynovdan 3 nəfərin öldüyü qəza ilə bağlı - Şok açıqlama - VİDEO
"Ölkəmizdə 90-dan yuxarı sürətlə təhlükəsiz hərəkəti təmin edən yol yoxdur”
 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Zığ yolunda 3 nəfərin ölümü ilə nəticələnən ağır qəza ilə bağlı fikirlərini açıqlayıb. Avtosfer.az-ın məlumatına görə, ekspert bunları yazıb: "Dəhşət odur ki, eyni istiqamətdə (üz-üzə yox) gedən avtomobillər toqquşur və 3 adam ölür, hətta yanaraq ölürlər. 

Sürücü dostlar, xahiş edirəm, bunları yadda saxlayın:

1. Bizim ölkəmizdə 90 km/saat-dan yuxarı sürətlə təhlükəsiz hərəkəti təmin edən yol yoxdur. 

2. Ara məsafə saxlayın, özünüzə hər zaman rahat manevr və mümkün qəzadan qaçmaq üçün məkan saxlayın. Qabaqda gedənin arxasına söykənib özünüzə tələ düzəltməyin və s.

3. Yolu təhlükəli edən əsas amil orada hərəkət edənlərdir. Yollarımızda hər cür ağılda, düşüncədə olan, metal və palstik kütlə yığınını minib yola çıxan adamlar var. Onları da fərqləndirmək asan iş deyil. Sadəcə özünüzü qoruyun.

4. Sərt manevr etməyin, yalandan tələsməyin. Bir düşünün, görün doğrudanmı tələsirsiniz? Tələsərək nəyə nail olacaqsınız? və s.”.

Qeyd edək ki, dünən səhər saatlarında Zığ yolunda "Kia” markalı 90 VT 097 nömrəli avtomobil 10 AX 002 nömrəli "VAZ- 2104” markalı maşını arxadan vurub. Hadisə nəticəsində "04" alışaraq yanıb. Maşında olan sürücü Gülağa Quliyev, sərnişinlər 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu yanaraq ölüblər.

"VAZ-2104” markalı avomobilin alışmasını oradan keçən sürücülər videoya çəkiblər. İlkin ehtimala görə, maşının yanmasına benzin çəninin deşilməsi səbəb olub.(aftosifer.az)

 


OXŞAR XƏBƏRLƏR

Demi Mur arxiv videosu səbəbindən qalmaqala düşüb

62 yaşlı amerikalı aktrisa Demi Mur karyerasının 45 ilində ilk Qızıl Qlobusunu alan kimi onun qələbə sevinci 1982-ci ildən arxiv videosunu dərc edən onlayn dete...

Rihanna açıq-saçıq alt paltarı ilə bədənini nümayiş etdirdi - FOTOLAR

36 yaşlı müğənni və iş qadını Rihanna alt paltarı markası “Savage X Fenty”nin Sevgililər Günü üçün yeni kolleksiyasının reklam kampaniyasında rol al...

Pilotun ərköyün övladına görə 75 nəfərin həyatına son qoyan təyyarə qəzası - FOTOLAR

Sərnişin təyyarəsinin idarə edilməsini uşağa həvalə etməyi təsəvvür edə bilərsinizmi? Üstəlik, bu “oyun” 75 nəfərin həyatına son qoyacaq faciəyə çev...

Futbol tarixinin ən böyük saxtakarlığı: Ayağına top dəyməyənfutbolçu

Futbol tarixi maraqlı hekayələr və intriqalarla doludur. Ancaq tarix yazan futbolçu var və onu yaşıl meydanlarda görən hər kəs qarşısında diz çöküb tövbə edir. ...

Qadın polisi qətlə yetirən şəxsin cəzası bilindi

Türkiyənin İstanbulun şəhərində polis əməkdaşı Şeyda Yılmazı öldürməkdə təqsirli bilinən Yunus Emre adlı şəxs ömürlük azadlıqdan məhrum olunub.   Sfe...

Dünyanın ən tıxaclı şəhəri bəlli olub

İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub. Sfera.az bildirir ki, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 sa...